30 Sentyabr 2020 15:12
5 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İTV-nin “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli Türkiyə mətbuatına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bir sıra ərazilərimizin azad olunması xəbərini sevinc göz yaşları içində təqdim edən Jalə Həsənli bu sözləri deyib: “Göz yaşlarım 27 ilin həsrəti, ağrısı idi. Duyğulanmamaq əldə deyildi, göz yaşlarına boğuldum. Bir sıra ərazilərimiz işğaldan azad edildi. Bu sevinci göz yaşları ilə ifadə edə bildim. Çox xoşbəxt və sevincli idim. Dağlıq Qarabağ bizim yarım qalan arzumuzdur”.

Jalə Həsənli Türkiyədən çox sayda dəstək mesajları aldığını da bildirib: “Qardaş Türkiyədən çoxlu sayda dəstək mesajı aldım. Hər zamankı kimi qardaşlığınızı, dəstəyinizi, birliyimizi gördük. Bizimlə birlikdə sevindiyiniz və ağladığınız üçün sizə təşəkkür edirik. Qardaşlığımız üçün var olun! Hər zaman bir-birimizin yanında olaq”.

Jalə Məmmədli daha sonra ordumuzun cəbhə bölgəsində əldə etdiyi uğurlardan danışıb.


Müəllif: Rəqsanə Həsənova