13 Oktyabr 2020 14:12
9 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva İnstaqramda hekayə bölümündə məşhur podüser, aparıcı Acun Ilıcalını təndiq edib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramın hekayə bölümüdə Acun Ilıcalı haqqında bu sözləri yazıb: “Təbii ki, bu günlər keçəcək. Xalqım zəfər çalacaq. Qarabağımızın işğal olunmuş torpaqlarında Azərabycan-Türkiyə bayraqları dalğalanacaq. Amma biz bu çətin vəziyyətimizdə yanımızda və kənarda olanları heç vaxt unutmayacağıq.

Mənim diqqətimi Acun Ilıcalı çəkdi. Yüzlərlə azərbaycanlının “O Ses Türkiyə”, “Yetenek sizsiniz”, “Survivor” proqramlarında sevərək iştirak etdiyi, izləyicilərin arasında az əməyi olmayan azərbaycanlılarıq.

Acun bəy, niyə səssiz qalmısınız? Heçmi yaşadıqlarımız sizə toxunmadı? 13.4 milyon izləyicisi olan İnstaqram səhifənizdə paylaşım edərək dəstək olmaq çətindirmi?”


Müəllif: Rəqsanə Həsənova