21 Oktyabr 2020 12:19
4 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə bölgəsinə gedən tele-aparıcı Xoşqədəm Hidayatqızına həyat yoldaşı, türkiyəli məşhur müğənni Doğuş dəstək olub.

Teleqraf.com xəbər verir ki, Doğuş həyat yoldaşının qərarlarına hörmətlə yanaşdığını deyib:

"Həyat yoldaşımın və Azərbaycan xalqının yanındayıram. Mənə ehtiyac olarsa, sevə-sevə gələrəm. Allah kömək olsun!"

Qeyd edək ki, Xoşqədəm Hidayatqızı ilə Doğuşun Arda və Arın adlı əkiz övladları var.


Müəllif: Rəqsanə Həsənova