Fransanın tanınmış bəstəkarı və yazıçısı Elios Azule Azərbaycana dəstək olub.
Teleqraf.com xəbər verir ki, Elios Azule "Nargis magazine” jurnalının İnstaqram səhifəsində bu sözləri qeyd edib:
"Bakı mənim çox xoşuma gəldi. Sizin gülərüz, qonaqpərvər insanlarınız xoşuma gəldi. Bakı zəngin tarixi və mədəniyyəti olan qədim şəhərdir. Eyni zamanda müasir, avanqard, təəccübləndirən və valehedici meqapolisdir".