27 Noyabr 2020 15:19
3 850

Türkiyədə “Kuruluş Osman” serialına çəkilən məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədovun serialdan kadrları yayımlanıb.

Teleqraf.com xəbər verir ki, Zabit Səmədov serialın 35-bölümündə ekrana çıxıb.

O, serialda Gəncəbəy adlı obrazı canlandırıb.

Qeyd edək ki,"Kuruluş Osman" Türkiyənin ATV kanalında yayımlanır. Ekran əsərində baş rolda məşhur aktyor Burak Özçivit oynayır.


Müəllif: Rəqsanə Həsənova