21 Dekabr 2020 23:26
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış teleaparıcı Günay Firudinqızı anası haqqında duyğusal sözləri ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcı anasının ölümünə alışa bilmədiyini deyib:

"Dünənə baxanda bu gün daha yaxşıyam. Gecə gördüyüm yuxu məni daha yaxşı olmağa və şükür etməyə vadar etdi. Əgər nəzərə alsaq ki, yuxu Allahla insan arasında əlaqə vasitəsidir, bunun bir mesaj olduğunu anlamamaq cahillik olar.

Yuxumu sizə danışmayacam. Yuxuda eşitdiyim bir kəlimə mənə kömək etdi: "betərin betəri var". Amma yuxuda duymaq mənə bir ismarış oldu. Birdən gecə Allahıma "Məni qucağına al, yaram göynəməsin" dediyimi xatırladım. Demək, doğrudan da Allah ən gözəl təbibdir və bütün elmlər Allahın kitabından götürülüb.

Bu ağır günlərdə dostlarım məni heç vaxt yalqız buraxmadı. Doğrudan da insanların xoşbəxt günündən pay almaqdansa, pis günündə dayaq olması daha önəmli imiş. Dar gündə ayağa qalxmaq çox ağır olur və insana bir saman çöpü də güc verir.

Bunlara baxmayaraq bir gerçək var ki, acının qəhrəmanı anan və sənsən. Və bu acının öhdəsindən özün gəlməlisən. İmanlı bir rəfiqəmdən öyrəndim ki, ağrını azaltmaq üçün acını qəbul etmək və ona təslim olmaqdır. Mən də beləcə ana itkisini qəbul etdim və ona təslim oldum. Milyonlarla başqa anasızlar kimi... Hara qaçsan əcəl səni orada qarşılayar".

Qeyd edək ki, aparıcının anası Fəridə İsmayılova yaxın günlərdə koronavirusdan dünyasını dəyişib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər