30 Dekabr 2020 15:19
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Rövşanə Ağasəfqızı Dalğa televiziyasında fəaliyyətə başlayır.

Bu haqda Teleqraf.com-a aparıcının özü məlumat verib:

"Dalğa TV-də Yeni ildən sonra yeni verilişlə tamaşaçılarımın qarşısına çıxacam. Hazırlıqlar başlayıb. Dalğa TV Xəzər televiziyasını bir qoludur. Murad Dadaşov dəvət edəndə dedi ki, yeni televiziyanı tanıtmaq lazımdır. Bunu isə yeni simalar edə bilməzlər.

Veriliş tok-şou xarakterli olacaq. Gündə iki saat yayımlanacaq. Sosial, iqtisadi və mədəni istiqamətdə olacaq".


Müəllif: Rəqsanə Həsənova