Əməkdar artist Manana Caparidze biznesmen həyat yoldaşı Georgi Qabelave ilə evliliyinin ildönümünü qeyd edib.
Teleqraf.com xəbər verir ki, Manana İnstaqram hesabında video paylaşaraq bu sözləri yazıb: "Sevgi həyatımızı gözəlləşdirir. Bizim əvəzolunmaz sevgimizin 13 ili tamam oldu. Hər gün Allahıma bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə hər şeyi mənə bəxş etdiyinə görə şükür edirəm.
Dəyərli dostlar, gözəl insanlar, sizə sevgi dolu həyat diləyirəm. Tanrı sizi qorusun".
Qeyd edək ki, Manana Caparidze ivə Georgi Qabelave cütlüyünün bir oğlu, bir qızı var.
https://www.instagram.com/p/CJ6pNCrCDNX/?igshid=17ymyl1wbjm9p