Tanınmış şairə Nazilə Səfərli “Həmin Zaur” verilişində xalq artisti Röya Ayxanın Buzovnada tikilən bağ evindən danışıb.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli bu sözləri deyib:
“Adamın evini göstərməklə nə olur ki... Mən Röya Ayxanın darvazasını çəkmişdim. Maşallah, mənim evim də balaca deyil. Gözüm yoxdur ki, xalqın evini görməmiş kimi çəkim. Mənim evim Novxanıdadır. Mərtəbəmiz eynidir, mənim evimə nə olub...
Mən onu paparazzi kimi çəkməmişəm. Həyətdə iki ev var idi, biri yəqin ki, gözətçilər üçündür”.