24 Yanvar 2021 13:14
3 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayev "Onun sirri" verilişində şəxsi həyatı haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Manaf Ağayev televizyalardan birində yayımlanan proqramda qonaq olan zaman aparıcının "Hər güclü qadının arxasında güclü bir kişi olmaldır, sizin həyat yoldaşınız da o qadınlardandır?" sualına belə cavab verib:

"Həmişə özümü həyat yoldaşıma elə göstərmişəm ki, guya onu istəmirəm, istək ölüb. Bunu səmimi etiraf edirəm. Amma o mənim başımın tacıdır. Adam var ki, həyat yoldaşına şirinlik edir. Mən belə şeyləri xoşlamıram. Başını sığallayım və s. Amma bu demək deyil ki, mən onu çox istəmirəm, sevgi bitib. Biləsiniz ki, kişini kişi edən də onun qadınıdır".

Qeyd edək ki, Manaf Ağayevin üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər