Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova Xəzər televiziyasında qonaq olub.
Teleqraf.com xəbər verir ki, İlqarə Kazımova Aygün Kazımovanı ad günü münasibəti ilə təbrik edib:
"Mənim əlimdə material olmadan efirə çıxmaram. İnsanların qarşısına çıxmaq böyük məsuliyyətdir. Bəzi müğənnilər kimi yalandan efirə çıxmaq mənə yaraşmaz. Öz izləyicilərimə hörmət edirəm. Bu gün buraya gəlməkdə iki səbəbim var: biri anamın doğum günü, digəri isə yeni mahnım. Anamı ilk olaraq mən təbrik etdim".
İlqarə Kazımova xalq artistinin yeni - "Bu qadın" klipindən də danışıb: "Klipə baxanda ağladım. Çox gözəl mahnıdır və hamının qəlbinə yol tapacaq".
Xalq artistinin qızı onu da deyib ki, Eyyub Yaqubov ilə duet oxumaq niyyətindədir: "İstəyirəm ki, məni Rusiya, Türkiyə və Avropa ölkələrində tanısınlar. Bu, alın yazısıdır. Qismətdirsə, olacaq. Anam əfsanədir".
İlqarə Kazımova sevgi münasibətindən də danışıb: "Münasibət qurmaq üçün insan ciddi olmalıdır. Mən hər zaman ciddiyəm və hörmət iki insan arasında olmalıdır. Əgər qarşı tərəf sənə hörmət etmirsə, o dəqiqə uzaqlaşıram.
O insan həyatda ciddi olmalı, başı havada gəzməməlidir. Sevgi hissi insandan asılı deyil, qəfil gəlir. Qadağalar qoymaq lazım deyil".
İlqarə Kazımova anası ilə mətbəx bacarığından da söz açıb: "Məndən çox anamı tanıyan və çox sevən olmaz. Ev şəraitində biz dəfələrlə birlikdə yemək bişirmişik. Anam çox dadlı yeməklər hazırlayır. Yumurta-pomidoru çox gözəl bişirir".
Xalq artisti Aygün Kazımova isə Türkiyədən telefon vasitəsilə əlaqə saxlayaraq efirə qoşulub: "Birinci məni qızım təbrik etdi. Hər zaman saat 12-ə yaxın evdən gedir və hay-küylə gəlir".