Məşhur meyxanaçı-müğənni Namiq Qaraçuxurlu efirlərə çıxması haqda qadağasından danışıb.
Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu İnstaqramda video paylaşaraq efirə çıxan həmkarlarına da münasibət bildirib:
"Uzun müddətdir ki, fəaliyyətimi dondurmuşam. Və bu vaxt ərzində zənglər gəlib və hər kəsə ayrı-ayrılıqda fikrimi izah etmişəm. Və həm pərəstişkarlarım nigarandır. Bəzən telefonu götürməyə utanıram. Ona görə də anlaşılmazlıq yaranır. Mənim efirlərə çıxmamaq səbəbim nə ulduzluq, nə də tənbəllikdir. Ölkəmizdə müharibə olub, şəhidlərimiz, qazilərimiz var. Şəhid ailələri qan ağlayırlar.
Düşünürəm ki, mənim də gündəmimdə populyar simalar və yaradıcılığım deyil. Sosial şəbəkələri izləyirəm və görürəm ki, aralarında yerinə düşməyən şərhlər də yazırlar. Əyləncə paylaşıb, müğənniləri qınayırlar. Amma ümumillikdə düşünürəm ki, millət haqlıdır. Yaradıcılıqla məşğul olanlar, efirə çıxanlar məni düzgün başa düşsünlər. Mən onların fikirlərinə hörmətlə yanaşıram, kaşki məndə də o güc olardı. Hər kəsin öz düşüncəsi var. Mənim düşüncəmə görə hörmət və nifrət edən insanlar var. Bu da normal haldır və heç kimi qınamıram. Hələ ki, yaradıcılığımı dondurmuşam. Hansı işlərlə məşğul olduğumu bir gün yutub kanalımda canlı açaram və suallarınıza cavab verərəm. Niyə qələbə ruhlu mahnılar yazmırsan, şəhidlərimizə mahnı həsr etmirsən suallarına gəlincə "Kontrast" şeiri yazmışam. Hələ ki, işləmək, millətimizin həssas dönəmində görünmək istəmirəm və görünənlərə də hörmətlə yanaşıram. Təbii ki, bu sağalmaz yaradır. Və az da olsa yaramız sağalsın fəaliyyətə başlayaram".