Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətindəki son vəziyyət haqqında xəbər var.
Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova Teleqraf.com-a açıqlamasında Rəmişin səhhətindən danışıb:
"Hələ ki, palataya köçürməyiblər, reanimasiyadadır. Müalicəsi davam edir. Həkimlər əllərindən gələni edirlər. Güclü nəzarət altındadır. Səhhətində irəliləyiş var. Xəstəxanaya gətiriləndə huşsuz vəziyyətdə idi, hərəkət edə bilmirdi".
Qeyd edək ki, Rafiq Hüseynov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.