"Cəmiyyət iki hissəyə bölünüb – bəziləri peyvənd tərəfdarlarıdır, digərləri isə peyvənd olunmaq istəmirlər”
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağrzadə sosial şəbəkədə yazıb:
“Bu mövzuda sizə məsləhət vermək fikrində deyiləm. Ancaq kimsə mənə özümə peyvənd vurduracağım barədə sual verərsə, heç bir tərəddüd etmədən cavab verəcəyəm: “Bəli və yenə də bəli!” Yalnız mən yox, ailəmin bütün üzvləri.
Üstəlik, dünən təxminən 65 yaşında çox yaxın qohumlarımdan biri peyvənd olunub. Bunu sizə 52 gününü klinikada və onun da 20 gününü komada keçirən bir insan kimi deyirəm. Heç kimə belə bir təcrübə arzulamaq istəməzdim. Buna görə düşünün və düzgün seçim edin. Uca Allah dünyanın bütün insanlarını qorusun!"
Qeyd edək ki, Bəhram Bağırzadə koronavirusdan əziyyət çəkib. O, Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.