Türkiyənin məşhur sənətçisi Sinan Akçıl tənqidlərə cavab verib.
Teleqraf.com-un xəbərinə görə, ikinci dəfə keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlı ilə otellərin birində özünə toy edən Sinan Akçıl pandemiya qaydalarını pozmadığını deyib:
"Tərtəmiz suyu bulandırmağa çalışanlar oldu. Toy mərasiminə 40 qonaq dəvət etmişdik. Hər kəsi oteldə qəbul etdik. Üç-beş pis niyyətli insanlara səslənirəm, romantizmin dadını çıxarın. Amma bu demək deyil ki, pandemiya qaydaları keçdikdən sonra 1500 nəfərlik toy etməyək... Həmin günü səbrsizliklə gözləyirəm".