5 Mart 2021 15:54
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədova vaksin vurdurub.

Xalq artisti Teleqraf.com-un suallarını cavablandırıb.

- Məleykə xanım, özünüzü necə hiss edirsiz? Vaksinin hər hansı əks-göstərişləri olmadı ki?

- Mən COVID-19 keçirməmişəm, ona görə vaksin vurdurdum. Daim diqqətli davranmağa və bütün qaydalara riayət etməyə çalışıram. Vitaminlər qəbul edirəm, ötən il martdan etibarən bal, zəncəvil, limon qarışığını içirəm. Harasa gedəndə burnuma mikroblara qarşı dərman vururam.

Vaksin vurdurmağı özüm istədim. Öz qərarımla sevə-sevə Nəsimi rayonun 5 saylı şəhər poliklinikasına müraciət etdim. Hətta bacıma da vaksin vurdurdum. Çünki vaksinin heç bir əks-təsirini görmədim. Boş-boş söhbətlər gəzir... Biz əvvələr də, uşaq olanda peyvənd elətdirmişik.

Koronavirusdan qorunmaq üçün lazımdırsa, vaksin vurdurlamalısan. Həyatda sağlamlıq ən gözəl nemətdir. Həm özümüzü, həm də yaxınlarımızı qorumalıyıq. 28 gündən sonra ikinci vaksin vurulacaq. Vaksin vurdurdum, incitmədi, heç bir əks-təsiri də yoxdur.

- Vaksininin əks-göstərişlərindən çəkinənlərə nə demək istəyərsiniz?

- İnsanlar niyə qorxur, anlamıram. Uşaq vaxtı da peyvənd olunmuşuq, bu da onlardan biri... Qeyd etdiyim kimi vaksinin heç bir əks-təsiri yoxdur.


Müəllif: Rəqsanə Həsənova