Əməkdar artist Səlim Abbasov valideynlərinin koronavirusdan vəfat etməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Səlim Abbasov İnstaqramda hekayə bölümündə video paylaşaraq hər iki valideyninin şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb:
“Mənə baş sağlığı verən bütün dostlarıma təşəkkür edirəm. Allah ölənlərinizə rəhmət eləsin. Atamı və anamı torpağa tapşırdım. Allah heç bir ailəyə belə dərd göstərməsin. Mənim valideynlərim şəkərli diabetdən müalicə alırdılar, COVID-19 ilə heç bir əlaqəsi yox idi. Anam-atam belə ölümə layiq deyildi”.
Qeyd edək ki, Səlim Abbasov üç gün içində valideynlərini itirdi.