29 Mart 2021 15:02
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyeva “Onun sirri” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Tünzalə Əliyeva şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Aktrisa dayısının rəhmətə gedən günü özünə toy mərasimi etməsinə münasibət bildirib: "Allah rəhmət eləsin, mən toy edən günü dayım rəhmətə getdi. İki-üç gün öncə xəbər yayılmışdı ki, toy mərasimi olmayacaq. Toyumda şadlıq sarayına gedən zaman gəlinlik paltarım cırıldı. O qədər ağladım ki...

Şadlıq sarayından evə gələndə qardaşım dedi ki, sizə bir söz demək istəyirəm, dayım rəhmətə gedib. Toyda anam və məndən başqa bunu hamı bilirdi".

Əməkdar artist illər əvvəl ağır işlərdə çalışdığını da ilk dəfə açıqlayıb: "Aylarla xəstəxanada yatmışam, illərlə müalicə almışam. Tələbə vaxtı tələbə yoldaşımla un kisələri yuyurduq. Oradan da bizə çek yazırdılar, xəstələndim pulu ala bilmədim. Qış ayı idi, kisləri soyuq su ilə həyətdə yuyurdum. Ondan sonra astma xəstəsi oldum. Hətta ev təmizliyinə də getmişəm".

Tünzalə Əliyeva ögey bacısının olduğunu da bildirib: "Bəzən sirr ailənin içində qalmalıdır. Mənim bir bacım var. Onu bir il axtardım".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər