Danimarkalı gənc model Stefani Korneliussen məşhur “Pleyboy” jurnalı üçün fotosessiya etdirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dərginin noyabr buraxılışının üz qabığında gənc model Stefani Korneliussen olacaq. İki modellə birlikdə fotosessiya etdirən Stefani seksual pozları ilə diqqət çəkib.
Dərginin yaradıcı heyəti modelin fotolarının möhtəşəm olduğunu və sözügedən buraxılışın tarixə yazılacağını bildirib.
Danimarkalı model bundan əvvəl bir neçə məşhur jurnalların üz qabığında yer alıb. O, eyni zamanda bir neçə filmdə də özünü sınayıb.
Teleqraf.com modelin jurnal üçün etdiyi fotosessiyanı təqdim edir :
Rüstəm