Xalq artisti Röya Ayxan "ATV maqazin onlarla" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan şəxsi həyatından söz açıb: "İndi həyatımda oğlum var. İnsanlar başa düşmürlər ki, hər adamla oturub-durmaq çox çətindir. Mənim kimi adamla lap çətindir. Mən nə bilim, sabah haqqımda nə danışacaq, telefona çəkməyəcək?.. Populyar olduqca tənhalaşdıq".
Xalq artisti keçmiş həyat yoldaşından ayrılan zaman maddi problem yaşadığını da etiraf edib: "Həyat yoldaşımdan ayrılanda iki-üç il böyük problem yaşadıq. Hazırda o məsələyə qayıtmaq istəmirəm. Çox şükür, indi hər şey yaxşıdır. Bəzi sıxıntılardan qurtarmaq üçün bir çox şeyləri satdım. İşləyib, onu yerinə qoymalı idim".
Röya Ayxan qalmaqal yaşadığı həmkarı Nigar Camal ilə münasibətindən də danışıb: "O, dəli qızdır. Xarakterini tanıdığıma görə küsə də bilmirəm. Düşünürəm ki, bəzi səbəblər olub, mənə deyə bilməyib. Sonra konsertlərin birində dedik-güldük. Mən gözəl küslülüyü xoşlayıram. Arxasınca iş çevirməyəcəksən".
Müğənni Səidə Sultandan baş açmadığını deyib: "Başım çıxmır, problem nədir. Hələ də o problemi axtarıram, tapa bilmirəm. Ona hər zaman dəstək olmuşam. Ailəsi ilə dostluq münasibətim var. Həmişə yanında olmağa çalışmışam".
Röya Ayxan küsülü olduğu Natavan Həbibi ilə münasibətinə də aydınlıq gətirib: "Çox çılğındı, sanki hələ də böyüməyib. Məndən yaşca böyükdür, amma ürəyi çox balacadır. Allah onun ürəyinə sevgi, mərhəmət gətirsin. Bu küsməkləri yığışdırsın. Ömür böyu küsmək... Bəsdir... Belə həyatla hara gedəcəyik?!
Çox gözəl həyatın, sağlam övladın var. Əgər problemimiz varsa, səbəbi başqalarında axtarmayaq, onu özümüz həll edək".