16 Aprel 2021 17:32
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İzzət Bağırov MTV-də aparıcılığa başlayır.

Teleqraf.com xəbər verir ki, veriliş “İzzət şou” adlanır.

Müğənni yeni verilişi haqqında bu sözləri deyib: "MTV rəhbərliyinə təşəkkür edirəm ki, layihəmi bəyəndilər, qəbul etdilər. Böyük studiyada canlı orkestrla gözəl verilişim olacaq. Biz canlı ifalara üstünlük verəcəyik, sevilən sənətçilərlə tamaşaçıların qonağı olacağıq. Çalışacağıq ki, qalmaqaldan, söz-söhbətdən uzaq olaq”.

Qeyd edək ki, “İzzət şou”nun ilk efir günü aprelin 23-ü olacaq.


Müəllif: Teleqraf.com