Tanınmış aktyor Taleh Yüzbəyova qarşı dələduzluq ediblər.
Teleqraf.com xəbər verir ki, Taleh Yüzbəyov bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib
"Kimsə mənim adımdan səhifə açıb, uduşlu yarışma keçirir. Əlli min uduş təyin ediblər. Xahiş edirəm ki, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin adamı şəxsən tanıyan varsa, deyin, adam belə şey etməz. Bu qədər söyüşlə yaşamaq asan olmamalıdır. Söyüşqabı olmasın", - deyə qeyd edib.