30 Aprel 2021 12:42
12 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Xəzər televiziyasında yayımlanan "Səhər Mərkəzi" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan "Xoşbəxt ana, xoşbəxt qadın, xoşbəxt sənətkarsınız. Bu xüsusiyyətlərdən sizdə hansı daha üstündür?" sualına belə cavab verib: "Hər üçündə çox xoşbəxtəm, arzuolunan qadınam, tələb edilən, istənilən sənətkaram, sevilən gəlin, gözəl anayam".

Röya Ayxan yaxın günlərdə keçmiş həyat yoldaşı Anar Cəlilovu sevməsi haqqında bildirdiyi fikirlərə də aydınlıq gətirib: "Bu aralar ayrılan cütlüklər arasında soyuqluqlar olur. Düşünürəm ki, uşaqları valideyndən ayırmamalıdırlar. Sən atanın, yaxud ananın yanına getmə və bu kimi hallar öz ətrafımızda da baş verir.

Əslində, mən bu fikri bildirmək istədim. Əminəm ki, mesajı göndərə bildim. Çünki uşağın yanında nə qədər desən ki, atan, yaxud da anan pisdir, uşaq o, adama da inanacaq".

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilov haqqında "Anarı çox sevmişəm. Bəlkə bu gün də onu sevirəm. Onu gördüm, mənə çox pis təsir elədi" - demişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər