9 May 2021 15:41
4 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan “Qəribə dünya” adlı yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, ekran işi ötən ilin yazında sərt qapanmalar zamanı Bakı küçələrində çəkilib.

Röya Ayxan klipi və yeni mahnısı barədə bunları deyib: "5 ildir bu mahnının üzərində çalışırıq. Sonuncu dəfə dünən gecə mahnıda dəyişiklik edilib. İlk dəfə səhnəyə çıxdığım gün kimi həyəcanlıyam. Cəmi 5 nəfərə icazə aldıq. Bom-boş küçələrdə çəkilişlərdə 5 nəfər, bir də polislər var idi. Bakını ilk dəfə idi belə görürdüm. Bunu görmək çox ağır idi".

Qeyd edək ki, mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur.

Layihənin rejissoru Əli Fərhad, prodüseri isə Vüsal Rzazadədir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər