Azərbaycanın bir neçə tanınmış aktyoru yeni layihəyə imza atıb.
Teleqraf.com xəbər verir ki, onlar Rusiyanın böyük film platforması olan "КиноПоиск" üçün "Faberge" adlı qısametrajlı film üçün bir araya gəliblər.
Təklifi sözügedən film platforması edib.
Filmin baş rollarını Əlixan Rəcəbov, Elcan Rəsulov, Nicat Rəhimov, Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndərov və Cavid Nəsrullah paylaşır.
Film kriminal-komediya janrında olacaq və iyun ayının əvvəlində izləyicilərin ixtiyarına veriləcək.
Filmin çəkilişindən görüntüləri təqdim edirik: