Aktrisa Pərvin Abıyeva yeni etiraflar edib.
Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva İsa Şükürovun yutub kanalında qonaq olub.
Aktrisa sənətinin şəxsi həyatına təsir etdiyini açıqlayıb: "Ailə qurmağıma sənətim də mane oldu. Qınamıram, Azərbaycan mentaliteti var, gənclərimizin dilində yalandan olsa da, böyük nəsillərdə mentalitet hələ də yaşayır. Ata-ana istəmir ki, gəlini məşhur bir aktrisa olsun”.
Pərvin Abıyeva “LGTB”yə münasibətindən də danışıb: “Bir ara mənim də adımı çıxartmışdılar, tövbə əstağfürullah, amma mən deyiləm. Belə tanıdığım insanlar var, onlara münasibətim neytraldı, nəzərə alaq ki, bu, Azərbaycandan və digər müsəlman ölkələrində yaxşı qarşılanmır. Adicə rəfiqəmin belə əli dəyəndə ətim ürpəşir. Sadəcə kişilərə meyilliyəm”.