4 İyun 2021 17:12
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxaraq 46 gün reanimasiyada qalan türkiyəli aktyor Burak Sergen evə buraxılan kimi nikah masasına əyləşib.

Teleqraf.com xəbər verir ki, o, özündən 28 yaş kiçik nişanlısı Nihan Ünsal ilə evlənib.

Aktyor çox xoşbəxt olduğunu dilə gətirib: “Sona qədər birlikdə gedəcəyim insanı tapdım. Xəstəlikdən sağalan kimi Nihanın soyadımı daşıması üçün lazımi protokolu hazırladıq".

Cütlüyün nikah şahidi Erkan Şahin və Buket Kayapınar Özsırlı olub.

Qeyd edək ki, aktyor hazırda “Sadakatsiz” serialına çəkilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər