Samira Əliməryəm MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Samira Əliməryəm ailəsindən danışıb.
O, tələbkar ana olmadığını deyib:
"Mənim kimi ana yoxdur, nə istəyirlər, edirəm. Övladlarımı kaprizli də böyütməmişəm, hər zaman onlarla dost kimi olmuşam. Gündə balalarıma milyon dəfə sevgimi bildirirəm. Uşaqlıqdan özümün sevgiyə ehiyacım olub. Görmədiyim sevgini öz uşaqlarıma ötürürəm. Bu dünyada xoşbəxtlik axtarmıram. Ailəm haqqında danışmağı sevmirəm. Çünki, bu, mənim şəxsimdir. Problemlərim, həyatım, çəkdiyim əziyyətlər mənimdir, ona toxunmağı sevmirəm. Heç kim mənim çəkdiyim əzabları çəkməyəcək, dəstək olmayacaq. Boynumda o yükü mən daşıyacam. Başqası haqqında danışmaq çox çirkin bir missiyadır. Özünüzlə məşğul olun! Oğlum və qızım musiqiyə yox, başqa iş sahəsinə gedəcək. Bir balaca zümzümə edirsə, rəqs edirsə, o demək deyil ki, sənətə gəlməlidir. Çox gözütox insanam. Həyatımda da nə baş verdisə, istəmədən oldu".
Müğənni xaraktercə həssas olduğunu da dilə gətirib:
“Təklikdə ağlayıram. Xüsusilə, anamla dərdləşəndə ağlayıram. Çox kövrək insanam. Bəzən deyirəm, mən kimə neylədim ki, bu vəziyyətdəyəm?! Rəfiqələrim deyir ki, şükür elə! Mən buna layiq deyildim.
Sirrimi hər adamla bölüşmürəm. Həyatımda elə insanlar olub ki, dərdimi paylaşmışam, məni satıblar. Artıq güvənim itib. Başa düşdüm ki, insanlar saf deyil. Çox az sayda dost ələkdən keçə bilir. Mənim üçün indi insanlar daha qorxuludur".
İfaçı karyerasından da danışıb:
“Daha çox uğur əldə edə bilərdim. Amma özümə müəyyən qadağaları qoyduğum üçün olmadı!".