Qadın belinin incəliyini vurğulayan korsetlərin tarixi haqqında geniş məlumat yazmışdım. Amma bu fotoları görəndə dəhşətə gəldiyim üçün dünyanın ən incə belli qadınları barəsində də yazmağa qərar verdim. Müasir kino təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, müasir aktrisalar tarixi korsetlərə qətiyyən dözə bilməzlər. Çünki məşqlər və vərdişlərin olmaması öz sözünü deyir.
Korsetin tarixi uzun və çox maraqlıdır. 19-ci əsrdə korsetlər qalıcı idi və onu geyinmək ümumi təcrübə idi. Velosiped, idman, atla gəzinti, tennis oyunları, hətta hamiləlik zamanı gəzdirmək üçün xüsusi korsetlər mövcud idi. O zamanlar, elə indi də korset taxmağı sevən və bundan xüsusi zövq alan adamlar var. Bir qayda olaraq, qadın korsetləri fiquranı vurğulamağa imkanı verir, beli balacalaşdırır, vizual olaraq budu və sinəni böyük göstərirdi. Qızlar erkən yaşlardan etibarən korset taxır və bu vərdişi özlərində formalaşdırırlar. Lakin bəzi dövrlərdə korsetləri sinəni gizlətmək və ya bədənə hamar, silindrik forma vermək üçün taxırdılar. Bir zamanlar kişilər də bədənlərini daha qamətli göstərmək üçün korsetlər daşıyıblar. Hətta elə dövr var idi ki, kişilər arasında da beli qum saatı kimi göstərmək üçün korset taxmaq dəbdə idi.
20-ci əsrin ən incə belləri
1939-cu ildə vəfat edən fransız aktrisası madmazelin 33 sm beli var idi. (Emilie Marie Bouchaud – Polaire).
Emiliya Mari Buşo - O, 1890-cu ildə myuziklda oynamaq üçün Parisə gəlir. Onun boyu 1, 62 sm - o qədər də hündür deyildi. O nazlı-qəmzəli ədaları ilə seçilirdi. Amerikada və Böyük Britaniyada dramatik rolların öhdəsindən gəlirdi. 1909-1935-ci illərdə Polin Poler adı altında filmlərdə çəkilib. 30-dan çox Amerika, italyan və fransız rejissorların çəkdiyi filmlərdə iştirak edib.
Etel Qreyncer - Dünyanın ən incəbelinin sahibi Etel Qreyncerdir. Onun belinin uzunluğu cəmi 33 sm-dir. O, “Guinnes Record”-lar kitabına daxil olub. Şahidlərin sözlərinə görə, o, məhz ərinə yarınmaq üçün belini korsetlərlə incəldib. Belinin incəlməsi üçün yeməkdən də imtina edirdi. Etel 1905-ci ildə korsetlərin son dövrlərində anadan olub.
Onun əri Arnold Qreyncer biçimsiz paltarlar dəbindən bezmişdi. 1920-ci illərin dəbi qadınların belini və bədən quruluşunu gizlədirdi. Oğlanfason və sinəsi düz qadınlar dəbdə idi. O, normal bel ölçüsündən (56 sm) incə belə korsetlər sayəsində nail olur. Buna isə düz on ilini (1929-1939) sərf edir. Etel belinin incəlməsi üçün gecə-gündüz korset daşıyırdı. Ancaq Etel bunda dayanmır. O, öz ərinin xahişi ilə qulaqlarında eyni anda bir neçə cüt sırğa taxa bilmək üçün deşiklər açdırır. Sonra burnunda da deşik açdıraraq modaya daha bir yenilik gətirir. Bu, pirsinq idi.
Nerina Orton - Nerina 14 nömrəli korset taxır. Onun 22 yaşı var. Belinin uzunluğu isə 40 sm-dir. O, yatanda da korsetini çıxarmır.
Keti Yunq - Hazırda Keti incəbellilər arasında rekord qırır. Onun beli mayonez bankasının ağzı boydadır. O, “Guiness Record”-lar kitabına “Dünyanın ən incə belli qadını” kimi düşüb. O qədər incə və zərifdir ki, onu görənlər gözlərinə inana bilmir, fotoşəkilləri fotoşoplu (photoshop) zənn edilir. Amma o tamamilə realdır. Belinin ölçüsü 38 santimetrdir. O qədər incədir ki, görənlər bəzən onun şikəst olduğunu zənn edir. Halbuki, Keti Yung tamamilə sağlamdır. Bu cür belə sahib olmasını 1983-dən bəri böyük əzmlə taxdığı dar korsetlərə borcludur. 1937 doğulan Amerikalı Keti Yunq Conneticut əyalətində yaşayır, bir cərrahla evlidir. 28 yaşına qədər 2 övlad dünyaya gətirir. Daha sonra belini incəltmək məqsədilə korsetlər taxmağa başlayır. Bir müddət əvvəl nənə olub. Amma hələ də sevimli korsetlərindən imtina etmək istəmir. Dünyanın hər tərəfində televiziya ekranlarında görünən Keti yunq kimi incə belə sahib olmaq istəyən yüzlərlə gənc qız, fen klubuna üzv olur və onun tövsiyyələrini izləyir. Hazırda onun 75 yaşı var.
Cənab Perl - 43 yaşlı Perl günün 24 saatı korset taxır. Korseti ancaq yuyunanda çıxarır. O, korset istehsalçısıdır. Onun korsetlərə olan marağı nənəsindən keçib. Belə ki, nənəsi kürək zədələnməsi səbəbindən dolayı hər zaman korset taxmalı olurdu. Nənəsinin rahatlığı üçün korset tikməyə başlayır və beləcə korset istehsalına başlayır. Hər gün məşq edərək və korset taxaraq belini 76 sm-dən 46 sm-ə qədərə incəltməyə nail olub. Onun hazırladığı korsetləri məşhurlar da taxır: Kayli Minouq, Viktoriya Bekham, Cerri Holl və.s
Dita fon Tiz - Dita fon Tiz dünyada ən çox burlesk səhnə ifasına görə tanınır, pressada onu tez-tez “Burlesk kraliçası” da adlandırırlar. Dita burlesk üslubunu 1992-ci ildən rəqqasələr qrupu ilə başlamışdı, bu da burlesk janrının dirçəlişinə səbəb olmuşdu. 2012-ci ildə Dita fon Tizin 40 yaşı olub. Ditanın 162 sm boyu, 50 kilo çəkisi, 55 sm-lik beli var. Dita fon Tiz-in korsetlərini Cənab Perl tikirdi. Aktirsanın sözlərinə görə, Cənab Perlin tikdiyi korsetlər onun üçün ən bahalı brillinatlardan da dəyərlidir. Belini incəltməyə heç vaxt can atmayıb. Amma ekstremal, incə formalar onun xoşuna gəlir. Aktrisa əməlli- başlı korset kolleksioneridir. Onun kolleksiyasında 400 korset var. “Kolleksiyamda 19-cu əsrdə aid olan o dövrün ən gözəl ipəklərindən tikilib. Təəsüüf ki, dizaynerlər daha belə gözəl şeylər tikmirlər. Korsetlərlə hər şey əla görünür”.
Stella Tennant - 40 yaşlı britaniyalı modeldir. O, 4 uşaq anası və nənədir. O, “Vogue” jurnalına Etel Qreyncer stilində fotosessiyaya çəkilib.
Mişel Koebke - 24 yaşlı Mişel belini 64 sm-dən 40 sm-ə qədər kiçildir. Bunun üçün o, 3 il hər gün korset taxır. Lakin alman qızı bu göstəricidən razı deyil. Məqsədi belinin uzunluğunu 2 sm daha kiçiltməkdir.
Yoana Spanqenberq - 30 yaşlı Yoananın boyu 167 sm, çəkisi isə 38 kilodur. O, gün ərzində yağlı yeməklərdən imtina edib. 13 yaşında onun beli 38 sm olub, lakin indi 50 sm-dir. Rumıniyalı model 30 santimetrlik beli ilə görənləri çaşdırır. Yoana Spangenberg gündə 2500 kalori aldığı halda uşaqlığından bəri belinin həmişə belə incə olduğunu söyləyir. 1 metr 65 santimetr boyunda olan, 30 yaşındakı model, hazırda 40 kq çəkidədir. Maneken tamamilə sağlam olduğunu iddia edir.
Veleriya Lukyanova - Bir neçə il əvvəl Valeriya Barbi obrazı almaq üçün bir neçə əməliyyat keçirib və ciddi pəhriz saxlayır.
Əvvəllər qadınlar bu cür ağrı-əzaba dözməli olurdular. Buna vəhşi gözəllik də demək olar. Dizaynerlərin hazırladığı müasir elastik korsetlərdə isə daha rahat nəfəs almaq və hərəkət etmək tamamilə mümkündür.