24 İyul 2021 20:43
2 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi xalq artisti Səməd Səmədov bu gün günorta saatlarında koronavirusdan dünyasını dəyişib.

Müğənni Tural Teleqraf.com-a açıqlamasında 75 yaşlı sənətçinin xəstəxanada vəfat etdiyini deyib:

"Bu gün günorta saatlarında koronavirusdan dünyasını dəyişib. Dörd-beş gün idi ki, COVID-19-a yoluxmuşdu. Dünən halı pisləşdi, "Yeni klinika"ya yerləşdirdik. Evdə ev şəraitində müalicə alırdı.

Həkimi mənə zəng edib dedi ki, Səməd Səmədovun həyatını xilas edə bilmədik. Ciyəri sıradan çıxıb. Sabah dəfn ediləcək. Vida mərasiminin keçirilib-keçirilməyəcəyini bilmirik".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər