Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigarın paytaxt restoranlarından birində toy mərasimidir.
Teleqraf.com xəbər verir ki, əməkdar artist qızının toy mərasiminə sənət dostlarını və yaxınlarını dəvət edib.
Fotolar fotoqraf Niko Abbasova aiddir.
Qeyd edək ki, Nigar Türkiyə vətəndaşı Doğanla ailə qurub. Cütlüyün toyu pandemiyaya görə ötən il Türkiyədə olsa da Bakıda baş tutmamışdı. Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışırdı. O, 2019-cu ilin dekabrında Doğanla nişanlanıb.