Aparıcı Vüsalə Əlizadənin qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti Əlihüseyn Əlizadə avtomobil qəzasında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, DSX-nın Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadə idarə etdiyi "Mercedes" markalı avtomobil ilə qəzaya düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Əlihüseyn Əlizadənin Astaradan Lənkərana gəldiyi zaman baş verib.