24 Avqust 2021 17:58
2 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan "Avroviziya-2010" təmsilçimiz Safura Əliyeva ARB televiziyasında yayımlanan "Özəl" verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, Safura Əliyeva övladlarından söz açıb: "Uşaqlarımla darıxmıram, hətta onların sayəsində evdə oturmağı sevirəm. Uşaqlar evdə olmasaydı, evdən qaçardım. Onların sayəsində evdə mehribanlıq yaranır. Üç uşaqla darıxmaq olmur. İsgəndər sakit, Ayşə ciddidir.

Analıq hissi üçüncü uşaqda daha çox oldu. Ana olduğumu tam dərk elədim. İsgəndər bu il məktəbə gedəcək. Uşaqlarım mənim ən böyük fanatlarımdır. Evdə mənim kliplərimə baxırlar. İsgəndər mahnılarımı əzbər bilir".

Safura Əliyeva sənətə gəlişindən də danışıb: "Uşaqlıqdan oxuyurdum və deyəndə ki, gələcəkdə səhnədə olacam, mənə gülürdülər. Deyirdilər ki, uşaqdı da... 15 yaşım var idi və ailəmlə "Yeni Ulduz" yarışmasına baxırdım. Bundan həvəsləndim və dedim ki, yarışa qatılacam. Hamı mənə güldü və yalnız anam ciddiyə aldı. Qarşıma məqsəd qoydum, yarışmaya müraciət etdim".

Qeyd edək ki, Safura Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər