27 Avqust 2021 18:25
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev aparıcılara söz atıb.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Demək olar ki, verilişim bir ildən çoxdur efirdə görünmür. Amma hələ də sosial şəbəkələrdə aktualdır. Mən aparıcı olmasam da özünə aparıcı deyənlərin çoxunun dizini yerə qoymuşdu. İnşallah, yenə elə olacaq. Harada olması mənə o qədər də vacib deyil. Kimsə düşünür ki, yolumu bağlayıb, xeyr. Allah açan yolu bəndə bağlaya bilməz. Çünki Allah hər şeyin vaxtını bilir".

Qeyd edək ki, Tarix Əliyev Xəzər televeziyasında "Hər şey daxil", Dalğa TV-də isə "Günə bir şou" verilişlərinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər