30 Avqust 2021 14:25
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Leyla Quliyeva İTV kanalına gəlişindən yazıb.

Teleqraf.com xəbər verir ki, Leyla Quliyeva İnstaqramda bu sözləri qeyd edib:

"16 il əvvəl İTV kanalına gəlincə həyatımda tam yeni bir səhifə açıldı. Biz də balaca idik, kanal da. Böyük olan ambisiyalar, özünü təsdiq istəyi var idi. Hamımız öyrənmək və güclənmək istəyirdik. Kimdə alındısa, həqiqətən buna layiqdir. Mənim televiziyaya gəlişimə səbəb olan iki böyük insana təşəkkür etmək istəyirəm, Aygün Səmədzadə və İsmayıl Ömərova. Bu gün sıramızda olmayan əziz həmkarlarımıza Allahdan rəhmət diləyirəm. Bu gün İTV-ə ikinci intibah yaşadan Balaş Qasımov və onunla çiyin-çiyinə çalışan dürüst, fədakar, peşəkar komandaya təşəkkür edirəm".


Müəllif: Rəqsanə Həsənova