1 Sentyabr 2021 11:34
7 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində etirafları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İsmayıl Nəcəfov türk dilində danışmasını irad bildirənlərə cavab verib:

“25 ildir Türkiyədə yaşayıram, buraya az-az gəlirəm. Mənə rəy bildirənləri anlamıram. Çünki qardaş ölkəyik. Hər mövzuda bir-birimizə dəstək veririk, dillərimiz eynidir. Danışanda başa düşürük. Bu qədər sadə! Mən öz dilimdə də danışıram, sadəcə bəzi kəlimələrdə problem yaşayıram. Türkiyədə özümü püxtələşdirib, vətənimə xidmət edirəm. Mən əsgərliyimi də Azərbaycanda çəkdim".

Müğənni "Avroviziya" mahnı müsabiqəsinə qatılmasından da danışıb: “Avroviziya” xarakterli beynəlxalq yarışmada iştirak etməyi düşünmədim, çünki bu, qismət işidir. Amma müsabiqədə iştirak etməyi kim istəməz ki?!"

İsmayıl Nəcəfov ailəsindən də danışıb: “Qardaşım Ayxanla mən 11 il sonra doğulduq. Anama həkimlər deyib ki, sən başqa övlad dünyaya gətirə bilməzsən. Amma əkiz oğlan doğulduq, möcuzə idi. Görünüşcə Ayxanla bir-birimizə bənzəmirik. Atam anama deyirmiş ki, iki oğul istəyirəm.

Çox dəcəl olmuşam. Anamı uşaq vaxtı çox yormuşam, bunu gün keçdikcə anlayıram. İndi ona zəng edib deyirəm ki, məni bağışla. 25 ildir mən, qardaşım Ayxanla Türkiyədə yaşayırıq. Bir problem olduqda tez anama deyirəm. Amma atamla telefonla sıx-sıx ünsiyyətdə oluruq. Anam güclü bir qadındır. Hətta 40-50 yaşımda belə bir problemim olsa, yenə də anamdan məsləhət alacam.

Röya Ayxan mənim üçün böyük bir şansdır. Biz çox gözəl bir ailəyik, aramızda küsülülük olmur. Röyanı hər mövzuda yanımda gördüm, sanki atamdır. Başıma bir hadisə gələndə ilk ona sığınıram. Azərbaycanda öz imzasını atmış böyük bir sənətçinin qardaşıyam. Çox diqqətli olmalıyam, çünki etdiyim səhvin bir ucu ona toxuna bilər. Sənət fədakarlıq istəyir. Hər kəsin bir səhvi olur, amma önəmli olan o səhvi görüb düzəltməkdir. Röya heç kimə pislik etmədi, hər nə etdisə, yalnız öz işi üçün etdi. İşində də çox bacarıqlıdır. Kimsənin evini yıxmayıb".

Müğənni şəxsi həyatından da danışıb: "Musiqi insanlarının həyatı bir az çətin olur. Seçəcəyim insan məni qaldıracaq biri olmalıdır. Etdiyim işə hörmət etməlidir, mənə problem çıxartmamalıdır ki, xoşbəxt bir ailə olsun! Həyatımda elə bir insan olsa, hər kəs bundan xəbərdar olacaq! Xanımım məni anlamalıdır, mən sənətimdən pul qazanıram. Sən müəllimsən, mən sənə hörmət edirəmsə, bu qarşılıqlı olmalıdır. Qısqanclıqları belə, saqqız kimi uzatmamaq lazımdır.

Gecə saat 4-5-də evə gələ bilərəm. Bəs pulu necə qazanım? Yerinə görə özünü apara bilən qadınları sevirəm. Evə gələndə yemək hazır olmalıdır. Qarışılıqlı bir-birimizlə maraqlanmalıyıq. Sevgi gözəlliyə, yaşa baxmır. Qəlbi gözəl olsun. Çünki bir müddət sonra sevgi bitir, hörmət qalır”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər