Prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti pisləşərək Türkiyəyə aparılıb.
Teleqraf.com xəbər verir ki, bu haqda İnstaqramda aparıcı Firuzə (Fira) Cəlilova məlumat verib:
"Sayqa hazırda ağır vəziyyətdə İstanbulda xəstəxanaya yerləşdirilib. O, ay yarım əvvəl mərkəzdə uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Məmmədov tərəfindən böyrək əməliyyatı keçirib. Böyrəyində daş var idi. Əməliyyat uğursuz olub. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub.
Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar. Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir.
Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər".