4 Sentyabr 2021 16:41
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı qadınların ölümünün çoxalmasına etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı bir neçə gün əvvəl vəfat edən Aytən Niftəliyeva və bir yaşlı qızı Tahirənin ölümü haqda İnstaqramda bu sözləri yazıb:

"Bu aralar sosial şəbəkələrə çox az vaxt sərf edirəm. Bu xəbəri oxudum və sabaha qədər gözümə yuxu getmədi. Bir anlıq evdə döyülən, qayınana, ər, daha nə bilim kimlər tərəfindən işgəncələrə məruz qalan onlarla qadının mənə gizli müraciətlərini, onların göz yaşı ilə yazılmış dərdlərini xatırladım. Görəsən, onlardan neçəsi bu bəxtsiz bacımız kimi həyatını itirib? Yetmədimi bu qədər qadının, uşağın ölümü? Qadınların günahı nədir?
Bir etiraf da edəcəm, bu təzyiq, işgəncə təkcə ailə daxilində deyil, cəmiyyətimizdə də qadına qarşı nifrət püskürən, qadını linç etməyə çalışan şərəfini itirmişlər də var. Məncə, qadınlara qarşı bu iyrəncliklərə son qoyulmalıdır. Ən ağır cəzalar tətbiq edilməlidir. Qadını intihara, ölümə sürükləyən insanlara ömürlük həbs belə azdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər