Məşhur aparıcı Mətanət Əliverdiyevanın MTV Azərbaycan kanalından ayrıldığı, onun yerinə Mikayıl Güləddinoğlunun gəldiyi iddia edilib.
Mikayıl Güləddinoğlu Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib: "Mənim xəbərim yoxdur. MTV kanalından təklif gəlməyib".
Qeyd edək ki, Mikayıl Güləddinoğlu "Space" kanalında "Sevimli şou" və “Sevimli mahnı” verilişlərinin aparıcısı olub. Sözügedən kanaldan ayrıldıqdan sonra Dünya TV-də fəaliyyət göstərib.