8 Sentyabr 2021 12:38
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli qızı ilə münasibətindən danışıb:

“Həyatda ən çox qızıma güvənirəm. Fikirləşirəm ki, Bənövşə ailə qurandan sonra onunla bacı kimi danışa bilərəm. İndi mən onun valideyniyəm, dostuyam. Hər bir şeyi onunla bölüşürəm, amma qədərində. Onunla rəfiqə kimi davransam, sabah yanımda ağlına gələni danışa bilər. Onda aradakı pərdə götürüləcək!

Qızım şəxsi həyatda kimi seçsə, onu diqqətlə araşdıracam. Vaxtında bunu mənim valideynlərim etməyib. Nəticədə nə oldu? Beş il sonra boşandım. Ailə, genetika mənim üçün önəmlidir. Corcla üstüörtülü danışığımız olub, hər şeyin həddi-hüdudu var. Corca dedim ki, bizim evimizə gələn qız təmiz olmalıdır. Sabah ailəsi baş tutmaz, boşanar, o başqa məsələ. Amma sağlam ailə üçün mental dəyərlər önəmlidir”.

Müğənni həyat yoldaşının xəyanətindən də söz açıb: “Mənə görə qadın heç vaxt məğlub olmur. Qadın pişik kimidir. 12-ci mərtəbədən də yerə düşsə, yenə ayaqları üstə qalxa biləcək.

Yoldaşımdan boşananda mənə deyirdilər ki, məğlub oldun. Dedim, yox, əslində, mən onu boş buraxmışdım deyə, xəyanət etdi. Bir şey mənimdirsə, mənimdir. Əgər o, nəsə axtardısa, məni itirdi. Dostlar deyirdi ki, bəlkə mən özümü güclü göstərirəm. Həyata bir dəfə gəlirəm. Heç bir pis hərəkət etmədən ömrümü, günümü, həyatımı sənə vermişdim. Həmişə Allaha demişəm ki, mənim ömrümdən kəs ona ver. Əgər bunu itirdinsə, sən itirdin!

Qısqanc deyiləm. Xəyanət edən şəxs özünü və sevdiyi şəxsi itirir. O, kişi xəyanət edir ki, qadın ona icazə verir. Çox sevsəydim, xəyanəti bağışlayardım. Vaxtında da bağışladım, amma bu dəfə fərqli idi. Ortada uşaq var idi!”

Roza Zərgərli qızı Bənövşə haqqında yayılan şayiəyə də toxunub: “Qızım haqqında söz-söhbətlər gəzəndə heç bir sual vermədim. Çünki o məsələ gündəmə gəlməmişdən əvvəl dörd-beş tanınmışın övladı haqqında şayiələr yayılmışdı. Dedim, axı gülməlidir, o, insan evlidir. Adım hallananda övladım gülürdü, mən stress yaşayırdım. Lazımı olan orqanlara müraciət elədik, dərinliyinə kimi vardıq. Dedim, mən idarəyə gəlmək istəyirəm, aydınlaşdıraq. Dedilər, Roza xanım sizlik burda bir şey yoxdur, sizi niyə dəvət edək?

Məsləhət gördülər ki, öz ətrafınızda axtarın, kimlər onlarla bir arada olub. Məsələnin nəticəsi tezliklə aydın olacaq. Bu işin arxasında dayanan şou-biznes nümayəndələriənin hər biri peşman olacaq. Çünki mən bunu belə qoymayacağam!”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər