9 Sentyabr 2021 18:13
2 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərlinin oğlu, aktyor Corc Qafarov türkiyəli model Melisa İmrak ilə nişanlanması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Corc Qafarov "Best Model of Turkey 2020"nin qalibi ilə münasibətinə aydınlıq gətirib.

"Nişanlı deyiləm, ailə qurmamışam, elə bir fikir yoxdur. Hələ çox tezdir. Melisa isə mənimlə işbirliyi edib, sevgilisi var!", - deyə qeyd edib.

Xatırladaq ki, Corc Qafarov Melisa İmrakla Roza Zərgərlinin "Ömür yoldaşım" klipinə çəkilib.


Müəllif: Rəqsanə Həsənova