"Müalicəm davam edir. Milli Onkologiya Mərkəzindəyəm, müayinəyə gəlmişəm".
Bu sözləri Teleqraf.com-a açıqlamasında bədənində şiş tapılan əməkdar artist Tünzalə Əliyeva deyib.
O, müayinəsinin davam etdiyini açıqlayıb:
"Hələ ki müayinənin nəticəsini deyə bilmərəm. Üç kurs müalicədən sonra bilinəcək. MRT-nin cavabı olmadan məlumat verə bilmirik. Bu gün beşinci kimyaterapiyanı alıram. Altıncı kimyaterapiyadan sonra müayinənin nəticəsi bilinəcək".