Türkiyəli aktyor Burak Özçivit özünü mükafatlandırıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak özünə məşhur saat firması olan “Audemars Piguet”dən 50 min lirə (təxminən 16 min manat) dəyərində saat alıb.
Qeyd edək ki, Burak Özçivit “Aşk sana benzer” filmində rol yoldaşı aktrisa Fəxriyyə Evcənlə eşq yaşayır.
Rüstəm