2 Noyabr 2021 14:44
3 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə-aktrisa Oksana Rəsulova Teleqraf.com-un suallarını cavanlandırıb.

Müsahibəni təqdim edirik.

- Oksana xanım, Xəzər televiziyasında "Bu ana kimi" verilişinin aparıcısınız. Hər hansı çətinliyiniz varmı?

- "Bu ana kimi" Xəzər televiziyasının layihəsdir, mən sadəcə aparıcıyam. İşimiz çox yaxşı gedir. Həvəslə işə gəldiyim məkandır, öz yerimdəyəm. Veriliş maarifləndiricidir. Əsas odur ki, valideynləri maarifləndiririk.

- Sosial şəbəkələrdə paylaşım edərkən oğlunuz Əlinin üzünü göstərmirsiniz. Buna səbəb nədir? Nəfsdən qorxursunuz?

- Oğlumu Allaha təvəkkül etmişəm. Allaha qurban olum. Nəfs bir tərəfə, başqa hallar da var. Oğlum tam danısşın, suallara düzgün cavab versin, ondan sonra cəmiyyətə, televiziyaya, millətin qarşısına çıxarım. Elə-belə çıxarmaq istəmirəm, amma düşünürəm ki, yaxın günlərdə efirə çıxacaq.

- Həyat yoldaşınız da efirə çıxmır. Oğlunuza icazə verəcək?

- Yaxın günlərdə həyat yoldaşım efirə çıxacaq. Artıq belə qərar verdik. Çünki söz-söhbət qurtarmır, bitmir. Həyat yoldaşımın özü qərar verdi ki, nə vaxtsa mənim verilişimə çıxsın.

- Söz-söhbətlər nə mənada yayılır?

- Kimdir həyat yoldaşı, niyə efirə çıxmır və sair. Deyirlər ki, həyat yoldaşınızı göstərin. Mən də razılaşdım.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər