Əməkdar idman ustası, əməkdar məşqçi, 7 qat Avropa, 26 qat dünya çempionu, "Ağ Canavar” ləqəbli məşhur kikboksçu Eduard Məmmədov Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.
O, bir neçə gün öncə 63 kq çəki dərəcəsində ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək 26-ci dəfə dünya çempionu olub.
44 günlük Vətən müharibəsindən sonra keçirdiyi ilk yarışda qalib olan kikboksçu qələbəsini şəhidlərin ruhuna həsr edib.
Eduard Məmmədov ilə video-müsahibəni təqdim edirik: