Istanbulun Esenyurt rayonunda Dəniz Səki həbs edilərkən, çəkilən görüntülər ortaya çıxdı.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, narkotik ticarəti cinayətinə görə həbs olunması üçün 8 aydır axtarılan Dəniz Səki İstanbulda, Büyükçekmecedəki göl mənzərəli Alkent villalarında qaldığı evdə həbs edilib. Dənəz Səkinin həbs edilərkən çəkilən görüntüləri KİV-də yayılıb.
Jurnalistlərin "haqqınızdakı suçlamayla əlaqədar nə düşünürsünüz" sualına o, "Suçsuzam. Çox böyük haqsızlığa uğradığımı düşünürəm" deyərək cavab verib. Dəniz Səkinin danışarkən əvvəl səsi titrəyib, məşhur sənətçi ardından gözyaşlarına boğulub.
Nihad