Narkotik ticarəti cinayətinə görə həbs olunub həbsxanaya gətirilən Dəniz Səkinin qardaşı ona dəstək olub.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ədliyyə binasına gələn Dəniz Səkinin qardaşı Sərkan Səki, “bəziləri tərə yağından qıl çəkər kimi özlərinə güvənirlər” söylərək bacısını müdafiə edib:
"Yavaş yavaş deyil, tez bir zamanda hamısını aşkarlamaq lazımdır. Üzərimə düşəni edəcəm. İnanılmaz bir ədalətsizlik var. Amma ədalətə hər Türkiyə Cümhuriyəti vətəndaşı kimi inanırıq”.
Daha sonra Sərkan Seki, twitter hesabından da bu statusları paylaşıb: “Ölkənin böyük bir problemi həll olundu. Təbrik edirəm... Bu yetməz, daşlanaraq öldürülməsi lazım...”
Dəniz Səki isə açıqlamasında bunları bildirib: "Bu ölkədə zərrə qədər ədalət varsa, günahsız olduğum gec də olsa, bilinəcək. Günahsızam mənə qarşı ədalətsizlik edilib”.
İLHAMƏ