17 Noyabr 2014 10:54
3 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı müğənni Selena Qomez Kaliforniyada yeni sevgilisi ilə görüntülənib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc ifaçı sevgilisi kinoaktyor Devid Henri ilə Beverli Hills şəhərində restoranların birindən çıxarkən obyektivlərə tuş gəlib. Cütlük şam yeməyindən sonra 25 yaşlı aktyorun avtomobilinə miniblər.

Ulduzlar paparassilərin kameraları önündə özlərini son dərəcə təmkinli aparıblar.

Qeyd edək ki, Selena Qomez daha əvvəl Los-Anceles hava limanında kanadalı pop ifaçısı Castin Biberin yumruqlaşdığı aktyor Orlanda Blumla da görüntülənmişdi.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif: