7 Dekabr 2021 13:40
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Nazilə Səfərli ilə yataq xəstəsi olan meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov arasında mübahisə baş verib.

Teleqraf.com xəbər verir ki, meyxanaçının oğlu Nazilə Səfərlini atasını ziyarət etməsinə mane olub.

Nazilə Səfərli isə İnstaqramda hekayə bölümündə meyxanaçının oğlunun ünvanına sərt ittihamlar səsləndirib:

"Oğlan deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa cürəti çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə 3 ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib, mülklərini satan bivec oğul. Psixotrop iynələri yazığın canına doldurursunuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?".


Müəllif: Teleqraf.com