Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva xəstənadan fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, Tünzalə Əliyeva 34-cü kimyaterapiyanı qəbul etdiyini açıqlayıb:
"İnşallah, hər şey yaxşı olacaq. Dualarınızı əskik etməyin. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə və bütün tibbi personala təşəkkürümü bildirirəm. Neçə illərdir ki, mənə təmənnasız olaraq diqqət və nəzakət göstərilir. Dörd dəfə bu xəstəlikdən qurtardım. İnşallah, bunu da yenəcəyik".